Ramil Usubov polis rəislərindən tələb etdi
31 iyul 2012 17:03 (UTC +04:00)

Ramil Usubov polis rəislərindən tələb etdi

Lent.az-ın məlumatına görə, bu barədə bu gün Daxili İşlər Nazirliyində keçirilmiş geniş kollegiya iclasında bildirilib. Məlumata görə, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib və bu növ hüquqazidd əməllərin qurbanı olan 35 şəxs müəyyən olunaraq cəmiyyətə reinteqrasiyası təmin edilib.

Bundan başqa dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 7 saxta pul hazırlama və ya satma cinayəti aşkarlanıb və qeyri-leqal dövriyyədən ümumi məbləği 22 min manat təşkil edən 2167 ədəd əskinas çıxarılıb.

Müstəntiqlər tərəfindən ötən ilin 6 ayı ilə müqayisədə 0,7 faiz çox, yəni 11.497 cinayət işinin istintaqı aparılıb, onlardan 42,5 faizi ittiham aktı ilə məhkəmələrə göndərilib. Vətəndaşlara və dövlətə dəymiş milyonlarla manat maddi ziyandan 92,5 faizi ödətdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz çoxdur.

Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində texniki sistemlərin tətbiqinin və inzibati tənbehlərin sərtləşdirilməsinin hadisələrin qarşısının alınmasına müsbət təsiri olub. Qəzaların sayında qeydə alınmış 6,3 faiz azalma əsasən sürət həddinin aşılması və nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması kimi xətaların profilaktikasının gücləndirilməsindən irəli gəlib. Ümumilikdə yol hərəkətinə nəzarət prosesində 10,2 faiz çox və ya 450 minə yaxın qayda pozuntusu müəyyən edilib, 1013 şəxsin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Avtoxuliqanlıq etdiyinə görə 299 nəfər, şüşələrinə pərdə və plyonka çəkmiş 4530 sürücü barəsində qanunauyğun ölçülər götürülüb.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov müraciətlərə baxılması və vətəndaşların qəbulu üzrə fəaliyyətin də məqsədyönlü şəkildə davam etdirildiyini, hesabat dövründə 17.544, o cümlədən elektron poçt ünvanına daxil olmuş 3550 ərizə və şikayətin araşdırıldığını, bütün müraciətlər üzrə təşəbbüskarların yazılı məlumatlandırıldığını, hüquqlarının izah olunduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən 1500-dən çox vətəndaş qəbul edilib və qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Həyata keçirilən bu və digər vacib tədbirlərin, xüsusən qanunçuluğun möhkəmləndirilməsinin müsbət nəticələrindən biri də polis əməkdaşlarından şikayətlərin sayının 30 faiz, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olmuş şikayətlərin isə 25,5 faiz azalmasıdır.
Azərbaycan prezidentinin 2011-ci ildə imzaladığı fərmana uyğun olaraq əhaliyə göstərilən 25 elektron xidmət dövlət qeydiyyatına alınıb, 478 əməkdaşa elektron imza sertifikatı verilib, nazirlik, Elektron Hökumət Dövlət İnformasiya Sisteminə (EHİDS) qoşulub. Hazırda hər bir elektron xidmətin hüquqi aktların dövlət reyestrinə daxil edilməsi üzrə iş aparılır.

İclasa yekun vuran nazir Ramil Usubov daxili işlər orqanlarının hesabat dövründəki fəaliyyətinin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, eyni zamanda, əməliyyat-xidməti fəaliyyətdə bəzi nöqsanların qaldığını nəzərə çatdırıb. O, ərazi polis orqanlarının rəislərindən qanunçuluğun daha da möhkəmləndirilməsini, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində tədbirlərin davamlı və məqsədyönlü aparılmasını, gənc əməkdaşların işlədiyi sahənin bacarıqlı mütəxəssisləri kimi yetişmələri üçün lazımi şəraitin yaradılmasını, onlara diqqətin artırılmasını tələb edib. Nazir vətəndaşların müraciətlərinə baxılmasının keyfiyyətinin yüksəldilməsi, yeni informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə olunması ilə bağlı konkret tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar

Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
Qubada "Lexus" dərəyə aşdı:  Ölən və yaralananlar var

Qubada "Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

15 dekabr 2024 , 20:47
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28