Azərbaycanda daha 6 nəfər bədbəxt hadisənin qurbanı oldu
31 iyul 2012 14:58 (UTC +04:00)

Azərbaycanda daha 6 nəfər bədbəxt hadisənin qurbanı oldu

Lent.az-ın məlumatına görə, ölən şəxslərdən 3-ü dənizdə batanlardır.

İyulun 29-da Beyləqan rayon sakini Qardaşxan Məmmədov evində üstünə qaynar su tökülməsi nəticəsində yanıq xəsarəti alıb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Q.Məmmədov iyulun 30-da ölüb.

İyulun 30-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisindəki avtoyuma sexində, orada işləyən qəsəbə sakini Adil Ələkbərov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Bakı şəhər Xəzər rayonunun Şüvəlan qəsəbəsinin dəniz çimərliyində, paytaxt sakini İnqilab Nağıyev çimərkən suda boğulub.

Bakı şəhər sakini Seymur Həbibzadə evində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Lənkəran rayonunda dənizin nəzarət olunmayan ərazisində Millaoba kənd sakini, Elnur Rəsulov və Sahib Rəsulovdur suda boğulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar