Əsgərimiz hərbi hissədə həlak olub
30 iyul 2012 17:38 (UTC +04:00)

Əsgərimiz hərbi hissədə həlak olub

Azərbaycan Ordusunda ölüm hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri, 1992-ci il təvəllüdlü Orxan Qəhrəman oğlu Abbasov hərbi hissədə aldığı güllə yarasından həlak olub. İlkin məlumata görə, əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan atəş Q. Abbasova dəyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, O. Abbasov Gədəbəy rayonundan hərbi xidmətə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 821

Oxşar yazılar