Vəzifəli şəxs barəsində cinayət işi başlanıldı
30 iyul 2012 17:07 (UTC +04:00)

Vəzifəli şəxs barəsində cinayət işi başlanıldı

Lent.az-ın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, “Azəriqaz” İstehsalat Birliyinin Beyləqan qaz istismar sahəsinin rəisi Sabir Mustafayevin qanunsuz hərəkətləri barədə Dövlət Neft Şirkətindən daxil olan material baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Müəyyən edilib ki, Beyləqan qaz istismar sahəsinin rəisi Sabir Mustafayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif bəhanələrlə, o cümlədən rayonda abadlıq işlərinin aparılması adı ilə sahənin baş mühəndisi Arif Fərzəliyevdən 1.500 manat, baş mühasib Vaqif Abdullayevdən 250 manat və sahənin digər əməkdaşlarından ümumilikdə 4.095 manat məbləğində pul almaqla fiziki şəxslərin, eləcə də işlədiyi təşkilatın qanunla qorunan mənafelərinə mühüm zərər vurub.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639

Oxşar yazılar