Borc pula görə qonşusunun qanını tökdü
30 iyul 2012 12:40 (UTC +04:00)

Borc pula görə qonşusunun qanını tökdü

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Sərkər kəndində kənd sakini 1966-cı il təvəllüdlü İslam Nəsibov şəxsi münasibətlər zəminində qonşusu 1981-ci il təvəllüdlü Niyaməddin Nəsibovu bıçaqlayıb. N.Nəsibov xəstəxanaya yerləşdirilib. Hadisəni törədən 46 yaşlı İ.Nəsibov isə saxlanılıb.

İlkin məlumata görə, Sərkər kəndində qonşuluqda yaşayan şəxslər arasında borc pul üstündə mübahisə yaranıb. Fakt üzrə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715

Oxşar yazılar