Yeni ailə qurmuş 19 yaşlı qız qısqanc əri tərəfindən öldürüldü
30 iyul 2012 10:37 (UTC +04:00)

Yeni ailə qurmuş 19 yaşlı qız qısqanc əri tərəfindən öldürüldü

İyulun 29-da Bərdə rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, saat 14 radələrində Qərənə kəndində 1987-ci il təvəllüdlü Qarayev Xəyal Əsəd oğlu qısqanclıq zəminində həyat yoldaşı 1993-cü ildə anadan olmuş Qarayeva Zərgənə Zaur qızını bıçaqlayaraq qətlə yetirib.

Hadisə kəndin əkin sahəsinə gedən yolda baş verib. X.Qarayev 19 yaşlı həyat yoldaşına 4 bıçaq zərbəsi endirib və onun öldüyünə əmin olduqdan sonra könüllü olaraq polisə təslim olub.

Fakt üzrə rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Qeyd edək ki, gənclər yeni ailə həyatı qurubmuş.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar