FHN 10 nəfəri xilas etdi -STATİSTİKA
29 iyul 2012 23:04 (UTC +04:00)

FHN 10 nəfəri xilas etdi -STATİSTİKA

Bakı-APA. Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) sularda xisetmə xidmətinin əməkdaşları dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 10 nəfəri xilas ediblər.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, gün ərzində Abşeron rayonunda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər, Bilgəh qəsəbəsində 3 nəfər, Buzovnada 2 nəfər, Novxanıda nəzarətsiz ərazidə 1 nəfər xilas edilib.

Eyni zamanda Fatmayi və Sumqayıtdakı çimərliklərdə də 2 nəfər batmaq təhlükəsindən xilas edilib.

Lənkəran şəhərində isə ən yaxın xilasetmə məntəqəsindən 3 km solda nəzarətsiz ərazidə 1969-cu il təvəllüdlü Qədirova Ayğün Hüseynağa qızının dənizdə batma ehtimalı olması barədə FHN-nin qaynar xəttinə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib, axtarışlara başlanılıb. A.Qədirovanın cəsədi batdığı yerdən, təxminən 1 km solda dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465

Oxşar yazılar