Bakı-Qazax yolunda 4 avtomobil toqquşdu: yaralılar var - YENİLƏNİB
28 iyul 2012 12:52 (UTC +04:00)

Bakı-Qazax yolunda 4 avtomobil toqquşdu: yaralılar var - YENİLƏNİB

Bu gün saat 11:30 radələrində Bakı-Qazax yolunda 4 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, magistralın Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində 2 “KamAZ” marklalı yük maşını, “Nissan” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub. Yük maşınlarından biri aşıb, digəri isə yol kənarına çıxıb. Hadisə şahidlərinin köməkliyi ilə avtomobillərdə olan yaralılar çıxarılıb və xəstəxanaya aparılıb.

Daha sonra “VAZ 2106” markalı avtomobildə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları araşdırmalar aparır.

***

APA-nın yerli bürosunun verdiyi məlumata görə, yol qəzası Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. “57 DX 909” dövlət nömrə nişanlı “VAZ-21011” markalı , “90 KY 642” dövlət nömrə nişanlı “Nissan” markalı, “90 JU 211” dövlət nömrə nişanlı “KaMaz” markalı və “04 BF 032” dövlət nömrə nişanlı “KaMaz” markalı yük maşını toqquşub. Nəticədə “VAZ-21011”də güclü yanğın baş verib və maşında olan 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Kürdəmir MRX-dan APA-nın yerli bürosuna bildirilib ki, yaralılar - 1991-ci il təvəllüdlü Fərzəliyev Nurlan Əli oğlu, 1983-cü il təvəllüdlü Həmidov Sərdar Akif oğlu, 1980-cı il təvəllüdlü Yusifov Akşin Azər oğlu və 1966-cı il təvəllüdlü Məmmədov Rəhman Mustafa oğludur. Güclü yanıq xəsarəti almış Sərdar Həmidov və Akşin Yusifovun vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811

Oxşar yazılar