Əliməmməd Nuriyev əvvəl həbsxanaya, sonra polisə... - FOTO
27 iyul 2012 17:02 (UTC +04:00)

Əliməmməd Nuriyev əvvəl həbsxanaya, sonra polisə... - FOTO

ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Cəzaçəkmə müəssisələrinin və polis müvəqqəti saxlama təcridxanalarının monitorinqi” layihəsi çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonu Xələc qəsəbəsində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində və Salyan rayon Polis şöbəsinin müvəqqəti saxlama təcridxanasında monitorinq həyata keçirilib. “Konstitusiya” Araşdırmalar Fondundan Lent.az-a verilən məlumata görə, monitorinqi Fondun prezidenti Əliməmməd Nuriyev, eksperti Elçin Salmanov aparıb.

5 saylı cəzaçəkmə müəssisəsində monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib. Əvvəlki başçəkmələrlə müqayisədə müəssisədə əhəmiyyətli müsbət dəyişikliklər müşahidə edilib. Eyni zamanda məhkumlarla görüşlər keçirilib və onlara hüquqi yardım göstərilib.

Salyan rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında monitorinq zamanı bu müəssisədəki saxlanma şəraitini araşdırılıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə baxış keçirilib. Təcridxanada saxlanılan şəxslərlə söhbət aparılıb. Hər iki monitorinqin nəticələri barədə rəy hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar