6 milyon manat  vergini büdcədən yayındıran iş adamı tutulub
27 iyul 2012 16:16 (UTC +04:00)

6 milyon manat vergini büdcədən yayındıran iş adamı tutulub

6 milyon 409 min 132,69 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındıran sahibkar barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, VN yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Lənkəran rayon sakini, “Elkontex”, “Elnur-X” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və “Sərdar LTD” İstehsalat Kommersiya Şirkətinin direktoru Cahangirov Elnur Əhmədağa oğlunun vergi orqanlarına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə külli miqdar təşkil edən 6 milyon 409 min 132,69 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığını aşkar edib.
E. Cahangirov “Sərdar LTD” İstehsalat Kommersiya Şirkətinin direktoru işləyərkən şirkətin adından vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsində vergi tutulan dövriyyəni azaltmaqla, eyni zamanda mənfəət vergisi bəyannaməsini təqdim etməyərək ümumi hesabla külli miqdar təşkil edən 3 milyon 311 min 165.71 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bundan başqa, Elnur Cahangirov “Elkontex” MMC-nin direktoru vəzifəsində işləyərkən ümumi hesabla külli miqdar təşkil edən 1 milyon 612 min 418,22 manat məbləğində əlavə dəyər vergisini, “Elnur-X” MMC-nin direktoru kimi isə ümumi hesabla külli miqdar təşkil edən 1 milyon 485 min 548,76 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində istintaqdan gizlənən E. Cahangirov tutulub. Təqsirləndirilən şəxs qismində dindirilərkən E. Cahangirov ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, «Elkontex», “Elnur-X” MMC-nin və «Sərdar LTD» İstehsalat Kommersiya Şirkətininin direktoru vəzifəsində işləyərkən müəssisələrin adından müxtəlif adda mal-materialların alqı-satqısı və xidmətlərin göstərilməsi ilə məşğul olduğunu, mühasibatlıq işlərini özünün apardığını bildirib.
E. Cahangirov barəsində olan cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırılması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10