Hacı Allahşükür Paşazadənin qudası yenidən həbs edilib
27 iyul 2012 14:19 (UTC +04:00)

Hacı Allahşükür Paşazadənin qudası yenidən həbs edilib

Azərbaycanda fəaliyyət göstərən “Evsen Group”un sahibi Əli Evsen yenidən həbs edilib. APA-nın məlumatına görə, bu barədə Allafrika.com saytı Misirin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Əli Evsen Misirin sabiq prezidenti Hüsnü Mübarəkə yaxın olan iş adamı Hüseyn Saleminin cinayət işi ilə əlaqədar tutulub. O, iyulun 1-də İnterpol tərəfindən İspaniyada saxlanıb. Misir ədliyyə nazirinin köməkçisi Assem el Qoxeri bildirib ki, Əli Evsen Hüseyn Salemin törətdyi bir sıra cinayətlərlə əlaqədar Misirə təhvil veriləcək. O, Evsenin qanunauyğun şəkildə İspaniyadan Misirə təhvil verilməsi üçün bütün zəruri addımların atılacağını deyib.

Əli Evsenin qohumu, deputat Hacı Qalib Salahzadə APA-ya açıqlamasında bu məlumatların doğru olmadığını və bu xəbərlərin Əli Evsene qarşı təxribat olduğunu bildirib: “Bunlar yalan məlumatlardır. Mən şəxsən özüm iyulun 16-da Əli Evsenlə telefonla danışmışam. Onu yaxın qohumumuzun toyuna dəvət etmək üçün zəng eləmişdim. Lakin Əli Evsen işlərinin çox olduğunu əsas gətirərək üzrxahlıq elədi və toy şənliyinə qatıla bilməyəcəyini dedi”.
Xatırladaq ki, APA bu ilin mart ayında İnterpolun saytına istinadən Əli Evsenin beynəlxalq axtarışa verilməsi barədə məlumat yayıb. Həmin vaxt Əli Evsen APA-ya açıqlama verərək bu məlumatın doğru olmadığını qeyd edib.

Qeyd edək ki, Əli Evsen Azərbaycanda avtomobil, otel və ticarət mərkəzləri də daxil olmaqla, böyük sahədə fəaliyyət göstərən “Evsen Group”un sahibi və Albaniyanın “Albanian Airlines”ın ortaqlarından biridir. Qrupa daxil olan şirkətlər arasında “AzSamand Services”, ticarət mərkəzi “Elite Complex”, “Azerbaijan Electronics” də var. Bu şirkətlərdə 3 minə yaxın insan çalışır.

Əli Evsen Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.

Əli Evsenin beynəlxalq axtarışa verilməsi barədə elan İnterpolun rəsmi saytında aşağıdakı linkdə yerləşdirilib:

http://interpol.int/Wanted-Persons/%28wanted_id%29/2012-9651

Əli Evsenin yenidən həbs edilməsi barədə məlumatla isə bu ünvanda tanış olmaq olar:

http://allafrica.com/stories/201207021469.html
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1144

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46