İranda tutulan şairlərin valideynləri görüşə gedirlər
Lent.az-ın məlumatına görə, bu barədə ANS-ə Şəhriyar Hacızadənin atası Mayıl Hacızadə bildirib.
“Azərbaycanın Təbrizdəki konsulluğunun köməkliyi nəticəsində bizə görüş verilib. Planlaşdırırıq ki sabah yola düşək. Sabah cümə günü İran İslam Respublikasında iş günü deyil. Biz sabah yola çıxaq, birigün ora çataq ki, bizim konsul da uşaqlarla görüşü təşkil etsin. Bizim oradakı diplomatlarımız böyük iş görüblər. Xarici İşlər Nazirliyinə və bizim İran səfirinə çox minnətdaram” - deyə o, bildirib.
Qeyd edək ki, sabah İranın Xarici İşlər nazirinin müavini Səid Abbas Arakçinin Bakıya səfəri gözlənilir. Bu səfər zamanı da əsas müzakirə mövzusunun Azərbaycan vətəndaşlarının azad edilməsi olacağı bildirilir.

463