21 yaşlı oğlan və 5 yaşlı uşaq dənizdə boğuldu
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ələt qəsəbəsi yaxınlığında dəniz sahilinin nəzarət edilməyən hissəsində 1991-ci il təvəllüdlü Qabilov Əlisəfa Eldar oğlu çimərkən boğulub. 21 yaşlı oğlanın meyiti sudan çıxarılıb. Ə.Qabilov Ələt qəsəbəsinin sakini olub. Fakt üzrə araşdırma aparılır.
İyulun 25-də Buzovna qəsəbəsində də oxşar hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dəniz çimərliyində Əmircan qəsəbə sakini 5 yaşlı Ziya Səfərov suda boğulub.

899