Yenə İranla sərhəd, yenə narkotik qaçaqmalçıları
Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarının həyata keçirdikləri birgə tədbir nəticəsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib. İyulun 13-də keçirilmiş birgə əməliyyat-axtarış tədbiri nəticəsində Astara rayonunun Kələdəhnə kəndi ərazisindəki sahil nəzarəti məntəqəsinin xidməti sahəsində İran istiqamətindən Azərbaycanın dəniz sərhədini pozmuş 3 nəfər İran vətəndaşı – Elcalı Adil Abdulhüseyn oğlu (1978-ci il təvəllüdlü), Mehdi Aslan Xudaverən oğlu (1979) və Seyid Qulamrza Mirəziz oğlu (1967) saxlanılıb. Saxlanarkən sərhədçilərin qanuni tələblərinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı dənizə ataraq qayıqla hadisə yerindən uzaqlaşmağa cəhd göstəriblər. Lakin sərhəd gözətçi kateri qaçaqmalçıların qayığını təqib edərək sahildən 2,2 mil uzaqlıqda onları yaxalayıb. DSX-nin dalğıcları xüsusi avadanlıqlardan istifadə etməklə dənizin dərinliyindən 10 kiloqram narkotik vasitə olan həşişi aşkarlayaraq çıxarıblar.
İyul ayının 20-də Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran istiqamətindən dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfərin qarşısı alınıb. Sərhədi pozmağa cəhd göstərən şəxslər əllərindəki qaçaqmalı hadisə yerində ataraq, havanın dumanlı olmasından istifadə edərək geri - İrana qaçıblar. Hadisə yerinə keçirilmiş baxış zamanı qaçaqmalçılara məxsus 1 kiloqram həşişi və 2 qrama yaxın heroin aşkarlanaraq götürülüb.
Bundan başqa, iyul ayının 18-də DSX əməkdaşları tərəfindən Qusar rayonunun Rusiya ilə həmsərhəd olan Dakar kəndi ərazisində yerləşən sahibsiz tikilidə gizlədilmiş lüləsi kəsik silah, patrondaş və bir ədəd bıçaq aşkarlanaraq götürülüb.
Hazırda hər üç fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1075