Fövqəladə hallar naziri zəlzələ bölgəsindəki tikintidən danışdı
Azərbaycanın fövqəladə hallar naziri, general polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsinə baxış keçirib. Nazir APA-ya açıqlamasında bildirib ki, bölgədə aparılan tikinti işləri ilə yaxından tanış olub: “Zəlzələdən sonra qəzalı vəziyyətə düşən evlərin, Qax, Zaqatala və Balakən rayonlarında xüsusilə məktəblərin tikintisi ilə maraqlandım. Çünki məktəblər yeni tədris ilinə kimi tikilib təhvil verilməlidir. Paralel olaraq fərdi evlərin və digər sosial obyektlərin də tikintisi barədə məlumatlar topladıq. Hər şey normal gedir və nəticə etibarı ilə deyə bilərəm ki, nəzərdə tutduğumuz işləri vaxtında yerinə yetirə biləcəyik. Məktəblər yeni dərs ilinə kimi, evlər isə soyuqlar düşənə kimi tikilib təhvil veriləcək. Bundan başqa, təmir-bərpa və gücləndirmə işləri aparılmalı olan evlərdə də paralel olaraq bu işlər həyata keçirilir. Bu məqsədlə xüsusi qruplar ayrılıb. Ölkə prezidentinin xüsusi tapşırığı var ki, insanlar tezliklə çadırlardan çıxarılaraq evlərinə yerləşdirilməlidir”.
K. Heydərov zəlzələdən sonra bu günə kimi Qax, Zaqatala və Balakən rayonlarında görülmüş işlərə dair statistik rəqəmləri də açıqlayıb: “Bu günə olan məlumatlara görə, üç rayonda 2253 evdə söküntü işləri aparılıb, 1615 evin bünövrəsi qazılıb, 1071 evdə isə bünövrənin betonlaşması başa çatdırılıb. Bundan başqa 438 evdə hörgü və kəmər işləri aparılıb. Bu statistikadan da görünür ki, işlər öz tempində davam etdirilir və vaxtında yekunlaşacaq”.

673