Heydər Əliyev Mərkəzində baş vermiş yanğınla bağlı ilk rəsmi versiyalar -TƏFƏRRÜAT
21 iyul 2012 20:20 (UTC +04:00)

Heydər Əliyev Mərkəzində baş vermiş yanğınla bağlı ilk rəsmi versiyalar -TƏFƏRRÜAT

“Heydər Əliyev Mərkəzi fəaliyyətini davam etdirir”

“Dünən baş verən yanğın Heydər Əliyev Mərkəzinin fəaliyyətinə mane olmayıb. Hazırda Heydər Əliyev Mərkəzi fəaliyyətini davam etdirir”.APA-nın məlumatına görə, bunu Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov verib.

Onun sözlərinə görə, yanğın mərkəzin Heydər Əliyev muzeyi yerləşən hissəsində, tavanda baş verib: “Mərkəzdə son dərəcə mükəmməl yanğınsöndürmə sistemi var, lakin onun quraşdırılması hələ başa çatmayıb, podratçı şirkət bu sistemi quraşdırmaqda davam edir”.

“Qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydaları pozulub”

“Yanğın nəticəsində Heydər Əliyev Mərkəzinin daxili hissəsinə zərər dəyməyib. Mərkəzin 1000 kvadrat metr dam örtüyü yanıb”. Bunu isə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov bildirib.

Onun sözlərinə görə, yanğın barədə məlumat FHN-nin yanğınsöndürmə qüvvələrinin idarə edilməsi mərkəzinə saat 11:34-də daxil olub. Dərhal hadisə yerinə yanğınsöndürmə qüvvələri göndərilib. Hadisə yerində yanğının mürəkkəbliyi nəzərə alınaraq, yüksək çağırış elan edilib və Bakı qarnizonunun əlavə 25 texnikası və 2 yanğınsöndürmə helikopteri əraziyə göndərilib.

“Şəxsi heyətimizin yüksək peşəkarlığı nəticəsində yanğının Mərkəzin daxilinə nüfuz etməsinin qarşısı alındı. Mərkəzin daxilinə heç bir ziyan dəyməyib, insanlar arasında xəsarət alan olmayıb”.

F. Əsədovun sözlərinə görə, YMX-nin nəzdində fəaliyyət göstərən təhqiqat və sınaq laboratoriyasının əməkdaşları tərəfindən hadisə yerindən sınaq nümunələri götürülüb. Gələn həftənin əvvəllərində yanğının səbəblərinə dair məlumat ictimaiyyətə açıqlanacaq: “İlkin versiya ondan ibarətdir ki, yanğın qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verib”.

“İstintaq-əməliyyat qrupu yaradılıb”

“Hadisə yerinə müfəssəl baxış keçirilərək müəyyən edilib ki, yanğın Mərkəzin muzey korpusunun tavan hissəsini əhatə edib. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən elektrik qaynağı aparatı, üzərində qaynaq işləri aparılmış metal hissələr götürülüb”. Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Onun sözlərinə görə, ötən gün Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında baş vermiş yanğın hadisəsi ilə bağlı baş prokurorun tapşırığına əsasən dərhal Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəhbəri, müstəntiqləri, kriminalistika şöbəsinin prokurorları və mütəxəssisi müasir kriminalistik avadanlıqlarla təchiz edilmiş səyyar kriminalistika laboratoriyası ilə birlikdə yanğının baş verdiyi əraziyə gələrək hadisə yerinə baxış keçiriblər. Baxışa Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirliklərinin, eyni zamanda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri və mütəxəssisləri cəlb olunub.

“Yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə baş prokurorun göstərişinə əsasən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Məhkəmə-yanğın-texniki, Tikinti-texniki, Fiziki-kimyəvi və Trasoloji ekspertizalar təyin edilib. Eyni zamanda yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilir.

Cinayət işi üzrə baş prokurorun, Fövqəladə Hallar, Milli Təhlükəsizlik və Ədliyyə nazirlərinin 20 iyul 2012-ci il tarixli birgə əmri ilə həmin qurumların mütəxəssislərindən və təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Baş prokurorun eyni tarixli qərarı ilə cinayət işi üzrə Baş Prokurorluğun, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirliklərinin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb”.

E. Sultanov da yanğının baş verməsi ilə bağlı əsas fərziyənin qaynaq işləri görülərkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması olduğunu deyib: “Eyni zamanda digər fərziyyələr ətrafında da intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilməklə zəruri istintaq hərəkətləri, o cümlədən Mərkəzdə işləyən mütəxəssislər və digər şahidlərin dindirilməsi prosesləri həyata keçirilir”.

Eldar Sultanov hadisə zamanı hər hansı bir şəxsin, o cümlədən yanğınsöndürənlər, binanın mühafizə işçiləri və təmir işləri aparan mütəxəssislərdən heç birinin xəsarət almadığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2191

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46