Dünya bu gün
22 iyul 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1790. Fransada kilsə əmlakı milliləşdirilib

1822. Çex bioloq, genetika elminin banisi Qreqor Mendel anadan olub

1875. Bakı qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin ilk nömrəsi nəşr edilib. Qəzet nəşri üçün lazım olan şriftləri baş redaktor Həsən bəy Zərdabi öz hesabına İstanbuldan gətirib. Bu tarix milli mətbuatın başlanğıcı hesab edilir

1887. Alman fizik Qustav Hers anadan olub

1928. Azərbaycan SSR MİK və XKS məcburi qaydada yeni – latın qrafikalı əlifbaya keçilməsinə dair dekret verib

1944. Beynəlxalq Valyuta Fondu təsis edilib

1946. “İrqun” yəhudi hərbi təşkilatının Yerusəlimdə oteli partlatması nəticəsində 91 nəfər həlak olub

1946. Fransız müğənni Mirey Matye anadan olub

1960. Kuba ABŞ-a məxsus şəkər zavodlarını milliləşdirib. Şəkərin SSRİ-yə ixracı başlayıb

1994. Qambiyada dövlət çevrilişi baş verib. Kapitan Yəhya Əbdül Cameh hakimiyyəti ələ keçirib

1999. Dövlətlərarası neft və qaz nəqli sistemlərinin yaradılması üçün təşkilati prinsiplərə dair Çərçivə Sazişi imzalanıb

2003. Səddam Hüseynin oğlu Uday və Husay Mosulda ABŞ bombardmanı nəticəsində həlak olub.

Günün aforizmi

“Qəzetin muradı xalqın gözünü açmaqdır”.

Həsən bəy Zərdabi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar