Dünya bu gün
21 iyul 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

810. İslam alimi imam Buxari anadan olub

1774. Türkiyə və Rusiya arasında Kiçik Qaynarca sülhü imzalanıb

1798. Napoleon və Misir məmlükləri arasında “Piramidalar döyüşü” baş verib. Döyüşdə qalib gələn Napoleon ordusunun Qahirəyə yolu açılıb

1899. Amerikalı yazıçı Ernest Heminquey anadan olub

1906. Stolıpin çar Rusiyasının baz naziri təyin edilib

1925. SSRİ “Metrik sistem haqqında Konvensiya”ya qoşulub

1940. Latviya, Litva və Estoniyada sovet hakimiyyəti elan edilib

1954. Cenevrə sazişi imzalanıb və bununla Hind-Çin yarımadasında Fransa müstəmləkəçiliyinə son qoyulub

1970. Misirdə Asuan bəndinin inşası başa çatıb

1983. Sovet ekspedisiyası Antarktidada Yer səthində indiyədək rast gəlinən ən alçaq temperaturu qeydə alıb (-89,2 °C)

1992. “Kütləvi İnformasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanunu” qəbul edilib

1992. Azərbaycan Respublikası BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya edib

1992. Azərbaycan Respublikası “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”na və “Konsulluq əlaqələri haqqında Vyana Konvensiyası”na qoşulub

1997. İnquşetiyada çoxarvadlılığa icazə verilib.

Günün aforizmi

“Dünya hafizləri dörddür. Onlar Rey şəhərində yaşayan Əbu Zuratu, Nişapurlu Muslim ibn Həccac, Səmərqəndli Abdulla ibn Abdurəhman əd-Darimi və Buxaralı Məhəmməd ibn İsmayıl əl-Buxaridir”.

Hafiz Məhəmməd ibn Bəşşər
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar