“Yanğınla bağlı planlaşdırılmış informasiya təxribatlarının olması da mümkündür” - EKSPERT
20 iyul 2012 15:20 (UTC +04:00)

“Yanğınla bağlı planlaşdırılmış informasiya təxribatlarının olması da mümkündür” - EKSPERT

Bunu Lent.az-a açıqlamasında sərhəd və terror məsələləri üzrə ekspert Şahmurad Məmmədov bildirib.

Ş. Məmmədov hesab edir ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında belə versiyaların səslənməsinə hadisələrin ardıcıl baş verməsi də səbəb olub: “Azərbaycanla bağlı bəzi qonşu dövlətlərin mövqeyi bəllidir. Son illərdə, xüsusən də «Eurovision» musiqi yarışması ərəfəsində bir sıra xarici qüvvələr tərəfindən ölkədə asayişin pozulmasına yönəlik cəhdlərin qarşısı alındı. Bu və digər hadisələr Azərbaycanın terror təhlükəsindən sığortalanmadığını deməyə əsas verir. Lakin bu cür hallarda planlaşdırılmış informasiya təxribatlarının olması da mümkündür. Təbii ki, bütün hallarda təxribatlara uymamaq və hüquq-mühafizə orqanlarının rəsmi məlumatlarını gözləmək, hadisəyə hüquqi qiymət verilməsinə qədər səbr etmək lazımdır».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar