Hərbi hissədə baş verən yanğında 9 nəfər xəsarət alıb
Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verilən məlumata deyilir ki, iyulun 19-da saat 07:59 radələrində “103 xidməti”nə Qaradağ rayonunda baş verən yanğın hadisəsi haqqında məlumat daxil olub. Hadisə yerinə dərhal öncə 3, saat 08:30 radələrində isə əlavə olaraq daha 9 təcili tibbi yardım briqadası göndərilib. Təcili Tibbi Yardım stansiyasının əməkdaşları yanğın zamanı zərərçəkmişlərdən nisbətən yüngül xəsarət almış 6 nəfərə yerindəcə ambulator yardım göstərib. Onlar evlərinə buraxılıblar.
Nisbətən ağır xəsarət alan Fövqəladə Hallar Nazirliyinin 3 əməkdaşı Kliniki Tibbi Mərkəzə gətirilib. Xəstəxanaya yerləşdirilənlər 1973-cü il təvəllüdlü Valid Əfəndiyev alın sümüyünün xətti sınığı, 1987-ci təvəllüdlü Rauf Hüseynov alt çənə bıçağının sınığı və diz nahiyəsinin deşiyi, 1987-ci il təvəllüdlü Rzayev Xəyal isə natamam yanma məhsulları ilə zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdirilib və hal-hazırda müalicə olunur.
Hazırda yaralıların vəziyyəti orta ağırlıqdadır və xəstələrin heç bir həyati təhlükəsi yoxdur.

575