Dünya bu gün
20 iyul 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1810. Kolumbiya müstəqillik elan edib

1882. Rus mühəndis Mojayski ilk təyyarəsini sınaqdan çıxarıb

1917. “BMW” ticarət nişanı qeydə alınıb

1918. Azərbaycan ordusu Şamaxını daşnak-bolşevik qoşunundan bütünlüklə azad edib

1924. Parisdə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) əsası qoyulub

1935. Leninqrad Memarlar İttifaqının qurucusu və ilk sədri Musa Hacıqasımov vəfat edib. Əvvəllər Hacıqasımov Bakıda müxtəlif vəzifələr tutub

1948. Aktyor Ramiz Əzizbəyli anadan olub

1951. İordaniya kralı I Abdallah Yerusəlimdə sui-qəsd nəticəsində həlak olub

1958. Cərrah Mir Əsədulla Mirqasımov vəfat edib

1981. Aktyor Ağahüseyn Cavadov vəfat edib

1993. Litva milli valyutası “lit” dövriyyəyə buraxılıb

2001. Prezident Heydər Əliyev “Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin gücləndirilməsi haqqında” fərman verib

2001. Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası ilə İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası arasında təhlükəsizlik sahəsində Əməkdaşlıq Memorandumu imzalanıb

2005. Azərbaycan və Türkiyə arasında xəritəçilik sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Günün aforizmi

“Təyyarədə uçmayan şəxs dünyanın gözəlliklərindən bixəbərdir”.

Əliağa Şıxlinski
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar