Deputat: “Qardaşım oğlu dəlidi”-AÇIQLAMA
“Gecə saat 3-də “Min bir gecə” istirahət mərkəzinin inzibatçısı mənə və oğluma zəng edib bildirdi ki, dava düşüb, buranı dağıdırlar. Biz ora gedəndə gördük ki meyiti aparıblar, ərazidə polislər var. Mən nə baş verdiyini soruşduqda dedilər ki, qardaşım oğlu Rəşad adam güllələyib”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin deputatı Hüseynbala Mirələmov iyulun 17-də «Min bir gecə» istirahət mərkəzində baş vermiş silahlı insidentə münasibət bildirərkən deyib.
Qardaşı oğlunun 15 il həbs cəzası çəkdiyini deyən deputatın sözlərinə görə, bu hadisədən sonra Rəşad üçüncü dəfə həbsə düşmüş olacaq: “O, 15 il həbsxanada yatıb çıxıb. Normal adam deyil. Özü də xəstədir, dəlidir. Həbsdən çıxandan sonra dəlilik kağızı veriblər”.
H. Mirələmovun sözlərinə görə, əvvəlcə qardaşı oğlu və onun güllələdiyi şəxslər istirahət mərkəzində çay içiblər. Lakin aralarındakı söhbət konfliktlə nəticələnib və qarşı tərəf Rəşad Mirələmovu döyməyə başlayıb: “Mənə deyilənə görə, onların hamısı idmançı görkəmli uşaqlar olub. Dünən Rəşad prokurorun yanında özü də bu barədə danışdı. Dedi ki, məndə silah vardı. Bilirdim ki, o adamlar mənimlə “razborka”ya gəliblər. Çıxarıb tapançadan atəş açmağa başladım. Birinin ürəyindən dəydi, öldü. Biri də qolundan yaralandı. Digərləri isə qaçdı. Hadisədə iştirak edənlərin əksəriyyətini tutublar. Qardaşım oğlu özü də dünən günorta radələrində prokurorluğa təslim oldu. Hadisəni detallarını istintaq aydınlaşdıracaq. Onu da deyim ki, ölən şəxs də türmədə yatan adam olub. Hamısı cinayətkar aləmin adamlarıdır”.
Deputat bundan əvvəl, hazırda saxlanılan R. Mirələmovun böyük qardaşının öldürüldüyünü də qeyd edib: “Onu dənizdə boğub öldürmüşdülər. Mən güman eləmirəm ki, baş verənlər o hadisə ilə bağlı olsun. Bu konflikti istintaq aydınlaşdıracaq”.
“Min bir gecə” istirahət mərkəzinin ona məxsus olduğunu təsdiqləyən H. Mirələmov deyib ki, hadisənin ona məxsus obyektdə baş verməsi onun adının daha çox hallanmasına səbəb olur: «Onlar başqa yerdə otura bilərdilər, öz “razborka”larını başqa yerdə həll edə bilərdilər. Hadisə başqa yerdə olsaydı, mənim adım da hallanmazdı”.
Qeyd edək ki, “Min bir gecə” istirahət mərkəzində baş vermiş insident zamanı R. Mirələmovun odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlu ölüb, İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlunun isə qolundan aldığı ilə güllə yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Fakta görə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

766