Quba hadisələrinə görə tutlanların həbs müddəti uzadılıb
Bu barədə APA-ya vəkil Əsabəli Mustafayev məlumat verib.
Onun sözlərinə görə, bu gün qapalı məhkəmə prosesində Quba hadisələri ilə əlaqədar tutulan Akif Əliyevin həbs müddətinin uzadılması ilə bağlı prokurorluğun vəsatətinə baxılıb. Prokurorluq hazırda cinayət işinin istintaqının yekunlaşmaq üzrə olduğunu və iş üzrə materiallarının məhkəməyə göndərilməsi üçün hazırlıq işlərinin aparılmasını əsas göstərərək bu vəsatəti verib. Məhkəmə prokurorluğun vəsatətini təmin edib və bu gün Akif Əliyev də daxil olmaqla iş üzrə təqsirləndirilən 4 nəfərin həbs müddətini daha iki ay müddətinə uzadılması barədə qərar çıxarıb.
Ə. Mustafayev həmçinin qeyd edib ki, iş üzrə təqsirləndirilən daha bir qrup şəxsin həbs müddəti bir neçə gün əvvəl uzadılıb. O, həmçinin son məlumatlara görə, Quba hadisələri ilə bağlı 34 nəfərin məsuliyyətə cəlb edildiyini bildirib.
Qeyd edək ki, Quba rayon icra hakimiyyətinin sabiq başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000 nəfərə yaxın sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Aksiya zamanı İcra Hakimiyyətinin inzibati binasının şüşələri və orada olan avadanlıqlar sındırılıb, bir neçə yardımçı tikili və başçıya məxsus fərdi yaşayış evi yandırılıb, xidməti vəzifəsini yerinə yetirən 24 polis əməkdaşına xəsarət yetirilib.
Hadisədən dərhal sonra faktla bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılıb.
Həyata keçirilən tədbirlərlə cinayətdə iştirak edən xeyli sayda insan istintaqa cəlb edilib. Onlardan yalnız ictimai qaydanın kobud sürətdə pozulmasında, fiziki və hüquqi şəxslərə məxsus əmlakın məhv edilməsində fəal iştirak edən bir qrup şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə tərəfindən barələrində həbs-qətimkan tədbiri seçilib.

563