ANAMA -14
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) 14 yaşı tamam olur. Agentliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 18 iyul 1998-ci ildə yaradılan agentlik Azərbaycanda mina və Partlamamış Hərbi Sursat (PHS) probleminin həlli istiqamətində atılan ilk addım olub.
Hal-hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə: minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir.
ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) və Minadan Zərərçəkənlərə Yardım sahələrində də kifayət qədər təcrübəsi var və hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir. MTM-lə bağlı fəaliyyətimiz əsasən 3 istiqamətdə aparılır – məktəb və icma səviyyəli fəaliyyət, milli potensialın yaradılması və əhali arasında ümumi təbliğat işləri. MTM üzrə dərslər 24 rayonda 2335 müəllim tərəfindən 1200 məktəbdə keçirilir. Hal-hazırda bu kurs 52 000 şagirdi əhatə edir və növbəti illərdə də bunun davam etdirilməsi nəzərdə tutulur. Bununla yanaşı Azərbaycan hökumətinin tapşırığına əsasən Əfqanıstan İslam Respublikasına qeyri-hərbi sahədə yardım layihəsi çərçivəsində 2008-ci ildən etibarən Agentlik tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bunun nəticəsi olaraq MTM üzrə şagirdlər üçün 24000 ədəd, müəllimlər üçün 1500 ədəd vəsaitin çap edilərək çatdırılması üzrə xeyli iş görülüb. Hal-hazırda aparılan danışıqlara əsasən bu kimi fəaliyyətin gələcək illərdə də davam etdirilməsi nəzərdə tutulur.
2009-cu ildən başlayaraq ANAMA dövlət proqramına müvafiq olaraq ikitərəfli əlaqələr
çərçivəsində Əfqanıstan, Gürcüstan, Tacikistan və Türkiyədən olan mütəxəssislər üçün təlimlər keçirib. Bu sahədə görülən işlər hal-hazırda da davam etdirilir.
Belə ki, ANAMA partlayıcı sursatların zərərsizləşdirilməsi sahəsində NATO-nun Gürcüstanda həyata keçirdiyi layihə çərçivəsində NATO-nun Təchizat Agentliyi (NSPA) tərəfindən keçirilən tenderin qalibi olub və bu layihə çərçivəsində Agentliyin Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumu tərəfindən ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində Gürcüstan hərbçiləri üçün 6 aylıq partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə təlimlər həyata keçirilib. Hal-hazırda isə qeyd olunan layihənin davamı olaraq əldə olunan biliklərin sahədə tətbiqi üzrə 3 aylıq təlim kursu çərçivəsində Gürcüstanda həyata keçirilir. Agentlik NATO-nun Təchizat Agentliyi tərəfindən ANAMA-nın Gürcüstanda keçirdiyi bu kursun daha 2 ay müddətinə uzadılması haqda müraciət alıb. ANAMA ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl təmizləmə layihəsi”nin birinci mərhələsi olan 19 kv.km ərazinin təmizlənməsi üzrə əməliyyatlarına aprel bu ildən start verilib və 28 ay müddətinə başa çatdırılması nəzərdə tutulur.
2010-cu ildən bu günədək ANAMA, Türkiyə ərazilərində Humanitar Mina Aksiyasında rolunu təmin etməklə bərabər Türkiyənin “Nokta” şirkəti ilə müqavilə əsasında fəaliyyət göstərib, həmçinin “Makina və Kimya Sənayesi Qurumunun” mütəxəssislərinə çoxsaylı təlimlər keçirib. Türkiyə və Suriya arasındakı quru sərhədi boyunca icra olunacaq minatəmizləmə fəaliyyətlərinin icrasına hazırlıq məqsədi ilə Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən keçiriləcək tenderdə iştirak etmək üçün ANAMA tərəfindən ciddi hazırlıq işləri görülərək sənədlər hazırlanıb və Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən icra olunan qiymətləndirmə zamanı ANAMA yüksək nəticə əldə edərək tenderdə iştirak etmək hüququ qazanıb.
İndiyədək Agentlik tərəfindən 195,387,440 kvm ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı 672,111-dir, təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Tovuz, Göygöl, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir. Əməliyyatlarda 484 mütəxəssis və 118 yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
Jalə

1006