Azərbaycanda qeydə alınan narkotik istifadəçilərinin sayı ilbəil artır
“Azərbaycanda hər il qeydə alınan narkotik maddə istifadəçilərinin sayı 1000-1500 nəfər artır”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev verib. Onun sözlərinə görə, narkotikdən istifadə edənlərin arasında gənclərin sayı getdikcə çoxalır. Risk qrupuna isə daha çox 18-25 yaşlı gənclər daxildir.
M. Əfəndiyev deyib ki, Azərbaycanda istifadədə əsasən aploid qrupuna daxil olan narkotik vasitələr - marixuana və həşiş üstünlük təşkil edir: “Bu ilin 6 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən 50 kq heroin müsadirə olunub. Son 5 ildə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 5 tondan artıq narkotik vasitə dövriyyədən çıxarılıb. Cənubi Qafqaz regionunda narkotiklərin tranziti üçün işğal altında olan ərazilər - Dağlıq Qarabağ və Gürcüstandakı nəzarətsiz ərazilərdən istifadə olunur”.
Narkomafiyanın bəzi dövlətlərin rəhbərliyi ilə əlaqələrə girdiyini deyən M. Əfəndiyevin sözlərinə görə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində narkotik laboratoriyalar fəaliyyət göstərir. Azərbaycan tərəfi bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb: “Hesab edirik ki, BMT-nin növbəti hesabatlarında bu məsələ öz əksini tapacaq”.

1189