Dənizdə batanların sayı 7 nəfərə çatdı
İyulun 17-də Bakı çimərliklərində 3 boğulma hadisəsi baş verib, onlardan ikisi ölümlə nəticələnib. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib. O bildirib ki, Nardaran çimərliyində 23 yaşlı qadın boğularaq dünyasını dəyişib, onun yanında olan qohumu, 9 yaşlı qız uşağı isə xilas edilərək 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib.
Ölümlə nəticələnən digər boğulma hadisəsi Mərdəkan çimərliyində baş verib. 23 yaşlı oğlan boğularaq ölüb.
Z. Vahidova bu yay Bakıda 12 suda boğulma hadisəsinin baş verdiyini və onlardan 7-nin ölümlə nəticələndiyini deyib. Ölənlərdən biri 13 yaşlı uşaqdır.

661