Kamran Əliyev: “26 vəzifəli şəxs cinayət başında yaxalanıb”
2012-ci ilin birinci yarısında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən vətəndaşların 1328 müraciətinə baxılıb. APA-nın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, daxil olmuş 27 müraciət və 83 digər məlumatlara (ümumilikdə 110) cinayət xarakterli material kimi baxılıb ki, onlardan 61-i və ya 55,45 %-i üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.
Vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi istiqamətində korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanının yaradılması məqsədi ilə fəaliyyətə başlamış “161 Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövrü ərzində 2624 müraciət daxil olub.
İdarə tərəfindən vətəndaşların müraciətləri diqqətlə, qayğı ilə araşdırılaraq onların pozulmuş hüquqları bərpa edilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə olunması, hüquqi və fiziki şəxslərə dəymiş ziyanın ödənilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib.
Belə ki, “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin bir qismi nəzarətdə saxlanılmaqla “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinin tələblərinə müvafiq olaraq aidiyyəti üzrə nazirlik, komitə, təşkilatlara və aidiyyatı rayon (şəhər) prokurorluqlarına göndərilməklə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi və cavabların alınması təmin edilib.
Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində 1000-dən artıq müraciət müəllifinin ərizə, şikayət və müraciətinin müsbət həll olunması təmin edilib, zəruri qabaqlayıcı tədbirlər həyata keçirilmiş və 20 müraciət üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.
Eyni zamanda, “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərlə bağlı idarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar verilib, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib.
Korrupsiya ilə əlaqədar olmayan 1800-dən artıq müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilib.
K. Əliyev həmçinin qeyd edib ki, hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar idarəyə ümumilikdə 236 müraciət daxil olub, onların 36-sı vətəndaşların yazılı ərizələri olub. Görülmüş tədbirlər nəticəsində 26 vəzifəli şəxs cinayət başında yaxalanmaqla barələrində cinayət işləri başlanıb.

1698