Dağıstanda Azərbaycan vətəndaşlarına qarşı vandalizm
17 iyul 2012 18:51 (UTC +04:00)

Dağıstanda Azərbaycan vətəndaşlarına qarşı vandalizm

Rusiyanın Dağıstan respublikasının Yujnosuxokumsk-Koçubey avtomagistralında baş vermiş qəza zamanı ölən və yaralanan Azərbaycan vətəndaşlarının pulları və şəxsi əşyaları oğurlanıb. Bu barədə Lent.az-a hadisənin şahidlərindən biri məlumat verib.

Şahidin dediyinə görə, Rostovdan Bakıya hərəkət edən sərnişin mikroavtobusunda 14 sərnişin olub. Hadisə isə Yujnosuxokumsk-Koçubey yolunda baş verib. Ötmə əməliyyatı edərkən qarşısına çıxan “Mersedes” markalı avtomobildən yayınmaq istəyən mikroavtobus sürücüsü onu aşırdıb. Nəticədə avtobusda olanlar arasında ölən və yaralananlar olub.

Yaralılar təcili Koçubey qəsəbəsindəki xəstəxanaya yerləşdiriliblər. Onlardan 5 nəfərinin vəziyyəti ağır olaraq qalmaqdadır. Amma ən dəhşətlisi odur ki, başları yaralıları xilas etməyə qarışmış həmyerlilərimizin, yaralı və ölənlərin şəxsi əşyaları talan edilib, pulları oğurlanıb. Maraqlıdır ki, hadisə yerinə gələn yol polisi də zərərçəkənlərin əşyalarının kimlər tərəfindən oğurlanmasını izah edə bilməyib.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1012

Oxşar yazılar