Dünya bu gün
18 iyul 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

64. 1 həftə davam edən yanğın nəticəsində Roma şəhəri bütövlükdə külə dönüb

1830. Uruqvayın ilk konstitusiyası qəbul edilib

1864. Xanəndə Keçəçi oğlu Məhəmməd Şuşada anadan olub

1897. Rus imperiyasında iş vaxtı 11.5 saata endirilib

1898. İspaniyanın “Athletic Bilbao” futbol klubu təşkil edilib

1908. Səttarxanın fədailəri Təbrizi ağ bayraqlardan təmizləyib

1909. Sovet siyasətçisi Andrey Qromıko anadan olub

1918. Mayor Həmid bəyin rəhbərlik etdiyi Azərbaycan qoşunu Bankə balıq vətəgələrini daşnak-bolşevik qoşunundan azad edib

1918. CAR-ın keçmiş prezidenti Nelson Mandela anadan olub

1925. Hitlerin “Mənim mübarizəm” kitabı çapdan çıxıb

1927. Xalq rəssamı Tokay Məmmədov anadan olub

1938. Azərbaycan SSR Ali Sovetinin I sessiyası işə başlayıb

1947. Beynəlxalq Əmək Təşkilatının “Sənayedə və ticarətdə əməyin təftişi haqqında Konvensiya”sı qəbul edilib

1974. Varşava radio qülləsi istifadəyə verilib. 1991-ci ildə yıxılan bu qüllə o zamana qədər dünyanın ən yüksək tikilisi olub (646.38 metr)

1994. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq barədə” Saziş imzalanıb

2000. ATƏT-in Bakı Ofisinin rəsmi açılışı olub.

Günün aforizmi
“İştə Səttarxan, baxız, bir növ iqdimat edib,
Bir vəzirü şahı yox, dünyanı yeksər mat edib,
İrzi-islamı, vətən namusunu yüz qat edib,
Hörməti-heysiyyəti-milliyətin isbat edib”.

Mirzə Ələkbər Sabir
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631

Oxşar yazılar