“Eurovision 1965” qalibi səhnəyə qayıdır
“Eurovision 1965” qalibi, Lüksemburq təmsilçisi Frans Qall (France Gall) səhnəyə qayıdışını elan edib. Lent.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əslən fransız olan müğənni bildirib ki, çoxdan yaşadığı Afrikanı tərk edib. Müğənni deyib ki, Fransaya qayıdandan sonra 20 il əvvəl vəfat etdiyi əri Mişel Bergerin mahnıları əsasında müzikl yaradacaq.
Frans Qall 1996 ildən bu yana bir mahnı belə yazmayıb. Onun sözlərinə görə, hər ziyarət etdiyi yerdə ondan “Siz nə vaxt qayıdacaqsınız?” soruşurlar və “Biz sizin üçün çox darıxdıq” deyirlər.
Müğənni öz musiqili layihələr barədə danışarkən bildirib ki, bir neçə ay əvvəl öz komandası ilə müzikl üzərində işə başlayıb. Müzikl onun mərhum əri və özünün mahnıları əsasında yaradılacaq.
Ərini və iki ildən sonra qızını itirən F.Qall Fransada hələ də ən məşhur ulduzlardan sayılır
Qeyd edək ki, 1965 ildə “Eurovision” Mahnı Müsabiqəsində Frans Qall Lüksemburqu “Poupee de cire, poupee de son” mahnısı ilə təmsil edib və 32 xal yığaraq 1-ci yeri tutub.

545