Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 500 min manatlıq korrupsiya
Prokurorluq orqanları tərəfindən əlaqəli dövlət qurumları ilə birgə dövlətin büdcə və digər maliyyə vəsaitlərinin səmərəli və təyinatı üzrə istifadə olunması sahəsində dövlət nəzarətinin səmərəliliyinin artırılması və bu sahədə korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir. Lent.az-ın Respublika Baş Prokurorluğunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması ilə əlaqədar Hesablama Palatası tərəfindən aparılmış auditin nəticələrinə dair materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Müəyyən edilib ki, mərkəzin baş mühasibi Pərviz Quliyev 1 yanvar 2008-ci il tarixdən 1 may 2012-ci il tarixədək olan dövrdə müəssisənin 31 işçisinin adına açılmış əmək haqqı kartlarını özündə saxlamaqla, onlara hesablanan əmək haqlarından qanunvericiliyə uyğun tutulmalar çıxıldıqdan sonra qalan 152 min 331 manat məbləğində pulu ödəniş kartları vasitəsi ilə bankomatlardan çıxararaq mərkəzin direktoru Qəti Lalə Abbasəli qızına verib və sonuncu tərəfindən külli miqdarda həmin dövlət vəsaiti mənimsənilib. Bundan başqa, Pərviz Quliyev vəzifəsindən sui-istifadə edərək qeyd edilən dövr ərzində yuxarıda göstərilən işçilərin faktiki əmək haqqı məbləğlərinin şişirdilməsi yolu ilə onlara əlavə hesablanmış 25 min 248 manat məbləğində pulu ödəniş kartları vasitəsilə bankomatlardan çıxararaq mənimsəyib.
Araşdırmalar zamanı həmçinin müəyyən edilib ki, mərkəzin Tender komissiyası tərəfindən inventar və avadanlıqların, mal-materialların qiymətlərinin orta bazar qiymətindən qəsdən yüksək müəyyənləşdirilməsi nəticəsində mal satan idarə və müəssisələrə cəmi 335 min 884 manat büdcə vəsaiti artıq ödənilib. Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri vasitəsi ilə bütün təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, habelə dövlətə dəymiş ziyanın ödətdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

1343