“Milan” İbrahimoviçi satdı
İtaliyanın “Milan” klubu iki futbolçusunu Fransa PSJ-sinə satıb. Lent.az-ın məlumatına görə, bunlar müdafiəçi Tiaqo Silva ilə hücumçu Zlatan İbrahimoviçdir.
Xəbəri “Milan”ın sahibi və ölkənin sabiq baş naziri Silvio Berluskoni də “La Gazzetta dello Sport”a açıqlamasında təsdiqləyib: “Bəli, həqiqətən də İbrahimoviç və Tiaqunu PSJ-sə satdım. Bu, bizə 150 milyon avroyadək qənaət etmək imkanı verəcək”.
Bu futbolçuların satışı sayəsində “Milan” əmək haqqı ödənişlərinə xərclərini əhəmiyyətli dərəcədə azaldacaq. Klub isveçli hücumçuya çıxış etdiyi iki mövsüm ərzində 48 milyon avro xərcləyib. Braziliyalı müdafiəçinin müqaviləsi isə daha 5 il nəzərdə tutulmuşdu. Bu müddətdə “rossonyerlər” 28 yaşlı futbolçuya 60 milyon avro ödəməli idi.
Qeyd edək ki, “Milan” Tiaqu Silva ilə Zlatan İbrahimoviçi 70 milyon avroya satacaq.

400