23 yaşlı atanın 1 aylıq körpəsini öldürməsinin TƏFƏRRÜATLARI
Sentyabrın 24-də İmişli rayonunda baş vermiş dəhətli cinayət hadisəsinin bəzi detalları məlum olub. İmişli rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, sentyabrın 24-də saat 01:40 radələrində rayon Polis Şöbəsində prokurorluğa 21 avqust 2011-ci il tarixdə anadan olmuş Ələsgərov Xəyal Neman oğlunun ölməsi ilə bağlı məlumat daxil olub.
Dərhal məsələ ilə bağlı prokurorluq əməkdaşları araşdırmaya başlayıb və məlum olub ki, 34 günlük körpəni doğma atası, 1988-ci il təvəllüdlü Qənbərov Neman Əmişah oğlu tapdalayaraq öldürüb.
Məlumata görə, həmin gecə saat 01 radələrində İmişli şəhəri Xiyabani küçəsi 20 ünvanında 23 yaşlı N.Qənbərov sərxoş halda qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı, 1990-cı il təvəllüdlü Ələsgərova Sevinc Ağakişi qızı ilə dava etməyə başlayıb və onu döyüb. Bu zaman sərxoş N.Qənbərov sərxoş vəziyyətdə döşəmənin üstündəki döşəkcədə yatmış körpəni tapdalayıb. Nəticədə körpə hadisə yerində ölüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb və N.Qənbərov saxlanılıb.
Qeyd edək ki, hadisə baş verən ailədə əvvəllər də zorakılıq halları olub və bir müddət əvvəl 21 yaşlı S.Ələsgərova qeyri-rəsmi ərinin onu döyməsi barədə (CM 132-ci maddə) polisə şikayət edib.
Nizam RZA

1118