Elşən Musayev: “Seçkidəki əsas itkim maliyyə resurslarım idisə...”
”Əgər adlarını müxalifət lideri qoyanların elektoratı varsa, mitinq təşkil edirlərsə, əziyyət çəkib qabağa düşməlidirlər, yoxsa hər şey qanunsuz mitinqlərə, şoulara sürüklədikləri 3-5 adamın boynuna biçilməməlidir”.
Bunu Lent.az-a açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev söyləyib.
Elşən Musayev çox az sayda insanların qatıldığı bu aksiyalarda Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimlinin missiyasının anlaşılmaz olduğunu vurğulayıb: “Bu aksiyalarda İsa Qəmbər və Əli Kərimlinin missiyalarını başa düşmək olmur. Niyə o yerlərdə özünüz olmursunuz? Ehtiyat edirsinizsə, o zaman camaatın balasını ortaya atıb niyə bədbəxt günə qoyursunuz? Ehtiyat etmirsənsə, o zaman özün niyə qabağa düşmürsən? Onlar da həmin mitinqləri monitordan, internetdən, saytdan izləyir, mən də. Nə fərqi var”.
Demokratik Maarifçilik Partiyasının sədri hakimiyyətin təbliğatının da rasional əsaslarla qurulmasını zəruri sayır: Hakimiyyəti müdafiə etmək dəm-dəsgahlı otaqlarda bərli-bəzəkli bəyanatlar, açıqlamalar verməkdən ibarət deyil. Ümumiyyətlə, şərt müdafiə deyil, sanballı, inandırıcı müdafiədir. Məsələn, elə insan ola bilər ki, bu hakimiyyətin təbliğatını apararkən aləmi bir-birinə qatar, hər şey əksinə olar. Həm də layiqli, inandırıcı bir şəkildə prezidenti, hakimiyyəti müdafiə edəcəksənsə, çıx meydanda müdafiə et! Canlı yayımda, hətta müxalifətin öz mətbuatında, rəqibin öz meydanında et! Yox, əgər bütün bunları bacarmırsansa, bacarmayacaqsansa, meydandan çıx. Siyasət hamının sifariş edə biləcəyi bir menyu deyil. O son dərəcə ağır və dietik bir yeməkdir”. Bu ölkədə nağara çalanın da, maşın yuyanın da, göbək rəqsi oynayanın da, “siyasətlə məşğul oluram” havasına girmə haqqı var. Amma vay o günə ki, həmin “hava”ilə aranda bir uyğunsuzluq olsun. O zaman ya istisi yandıracaq səni, ya da soyuğu donduracaq”.
Elşən Musayev namizəd kimi iştirak etdiyi parlament seçkilərinə də toxunub: “Seçkidəki əsas itkim maliyyə resurslarım idisə, qazandığım Ülvi Quliyev oldu. Biz onunla seçkiyə az qala amansız rəqib kimi girib, əziz qardaş kimi çıxdıq. Onun mandatında da qətiyyən gözüm-filan qalmayıb”.

935