Baş Prokurorluq korrupsiya cinayətləri ilə bağlı məlumat yaydı
23 sentyabr 2011 14:21 (UTC +04:00)

Baş Prokurorluq korrupsiya cinayətləri ilə bağlı məlumat yaydı

Korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması barədə ölkə başçısının göstərişlərinə müvafiq olaraq prokurorluq orqanları tərəfindən bu istiqamətdə ardıcıl və sistemli tədbirlər davam etdirilir.


Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, son günlər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən mütəşəkkil cinayətkarlığın təzahürlərindən sayılan korrupsiyanın təhlükəli növlərindən olan rüşvət cinayətlərinin aşkar edilməsi və tutduqları vəzifədən qulluq mənafeyinə zidd istifadə edən məmurların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə bir sıra uğurlu əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Vətəndaş Asif Pirverdiyev və Fərhad Tağıyevin prokurorluğa müraciəti əsasında başlanılmış cinayət işi üzrə müəyyən edilib. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı departamentinin Goranboy rayonu ərazisində yerləşən “Korçay” Dövlət Təbiət qoruğunun sabiq direktoru Emil Bağırov müavini Zamanpur Füzuli Nizami oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu ilin aprel - sentyabr aylarında qoruğa mühafizə yegeri vəzifəsinə işə götürmək müqabilində rayon sakinləri olan Asif Pirverdiyev, Fərhad Tağıyev, Sadiq Əliyev, Vasif Pirverdiyev, Zahir Namazovun hər birindən 1000 ABŞ dolları, Elşad Kazımovdan 1100 ABŞ dolları, Taleh Cəfərovdan 500 ABŞ dolları, Vüsal Alıyevdən isə 800 ABŞ dolları, ümumilikdə 8 nəfərdən 7400 ABŞ dolları məbləğində rüşvət tələb edərək alıb. Bundan başqa, sabiq direktor Emil Bağırov qoruğun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu ilin aprel ayından 2010-cu ilin dekabr ayınadək olan müddət ərzində öz qulluq mövqelərindən istifadə edib aldatma və etibardan sui-istifadə etmək yolu ilə qoruq əməkdaşlarının adlarına olan əmək haqqı kartlarını ələ keçirib həmin kartlar vasitəsi ilə işçilərin küllü miqdarda - 14987.29 manat məbləğində əmək haqqı vəsaitlərini müxtəlif bankomatlardan çıxarıb mənimsəyib.

Törətdiyi cinayət əməllərinə görə Emil Bağırov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını talama, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığına görə cinayət məsuliyyəti nəzərdə tutan 309.2, 313, 179.3.2, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 311.3.1, 311.3.2, 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü, bundan başqa həmçinin o və Füzuli Zamanpur qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət almaya görə Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.

Vətəndaş Rabil Məmmədquliyev korrupsiya halları ilə üzləşmiş vətəndaşlara birbaşa və maneəsiz müraciət etmək imkanı verən idarənin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə müraciət edərək sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu Gəncə-Göygöl rayonunun Xaqani kənd marşrutu üzrə xəttə özbaşına buraxdığı mikroavtobusun nəqliyyat müfəttişləri tərəfindən alınaraq saxlanılmış nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin qaytarılması və xəttə ikinci mikroavtobusun buraxılmasına icazə verilməsi üçün Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” departamentinin Gəncə 1 saylı regional nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi Şəmistan Nağıyevin müqavilə üzrə həmin marşrutu istismar edən “Həsən Süleymanoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin dispetçeri Həsən Əliyev vasitəsilə ondan 2000 manat rüşvət tələb etdiyini və tələb olunan rüşvətin müqabilində 1500 manat pulu verməsi barədə onlarla razılaşdığını bildirib.

Müraciətin araşdırılması ilə əlaqədar 20 sentyabr 2011-ci il tarixdə saat 15 radələrində Həsən Əliyev şikayətçi Rabil Məmmədquliyevlə birlikdə "Avtonəqliyyatservis” departamentinin Gəncə 1 saylı regional nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyətinin binasından çıxdıqdan sonra Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqda, rüşvət kimi verilmiş və şikayətçinin prokurorluq orqanına müraciəti üzrə protokolla rəsmiləşdirilmiş seriya və nömrələri ilə eynilik təşkil edən 100 və 50 manatlıq əskinaslardan 200 manatı onun üzərində, 1300 manat isə Cəmiyyətin rəisi Şəmistan Nağıyevin iş otağında yazı stolunun siyirtməsindən aşkar edilərək hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib. Toplanmış material üzrə başlanmış cinayət işi üzrə törətdiyi əməllərinə görə cinayət başında yaxalanmış Şəmistan Nağıyev və Həsən Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almaya görə məsuliyyət nəzərdə tutan 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Bundan başqa, vətəndaş Cəfər Yusifovun ona əlillik dərəcəsinin təyin olunması üçün ondan 1000 manat rüşvət tələb edilməsi barədə sentyabrın 17-də "Qaynar xətt" əlaqə mərkəzinə etdiyi müraciəti üzrə də təxirəsalınmaz tədbirlər həyata keçirilib, cinayət törətmiş şəxslər ifşa olunaraq məsuliyyətə cəlb olunub. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon 28 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Rəhim Məmmədov və həmin komissiyanın ekspert-cərrahı Əli Həsənov cinayət əlaqəsinə girərək, tələb olunan zəruri sənədləri komissiyaya təqdim edən və dəfələrlə müraciət edən Cəfər Yusifova 2-ci qrup əlillik dərəcəsinin təyin olunmasının 1000 manat müqabilində mümkün olacağını bildirməklə ondan rüşvət istəyib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 21 sentyabr 2011-ci il tarixdə Rəhim Məmmədov və ekspert-cərrah Əli Həsənov 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyi binada Cəfər Yusifovdan 1000 manat rüşvət alarkən cinayət başında yaxalanıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci (bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb, Rəhim Məmmədov və Əli Həsənova həmin maddələrlə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işləri üzrə ibtidai istintaq davam edir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15