Sumqayıtda məcburi köçkün qətlə yetirilib
23 sentyabr 2011 10:40 (UTC +04:00)

Sumqayıtda məcburi köçkün qətlə yetirilib

Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Corat qəsəbəsində 1988-ci il təvəllüdlü Ağakərim Abdullayev məcburi köçkün, 1955-ci il təvəllüdlü Əbülfət Şıxəliyevi öldürüb. 23 yaşlı oğlan özündən 33 yaş böyük kişinin bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr endirib. İkinci hadisə yerində ölüb.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, son günlərdə Sumqayıtda törədilmiş qətllərin sayı 3-ə çatıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar