Sumqayıtda valyutadəyişmə məntəqəsinin sahibi amansızlıqla öldürülüb
20 sentyabr 2011 18:54 (UTC +04:00)

Sumqayıtda valyutadəyişmə məntəqəsinin sahibi amansızlıqla öldürülüb

Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib.

Hadisə Sumqayıt şəhəri 18-ci məhəllə, 36 saylı binanın qarşısında qeydə alınıb. Həmin ünvanda yaşayan, 45 yaşlı İlyas Vahabov blokun qarşısında bıçaqlanıb. İ. Vahabov aldığı çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Hadisənin kim tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.

Baş vermiş hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi və şəhər Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, qətlə yetirilən İ. Vahabov Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birinin sahibidir. Mərhum öldürüldükdən sonra onun üzərində olan külli miqdarda pul oğurlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar