“Təfəkkür” Universitetinin prorektorunun ölümü ilə bağlı rəsmi məlumat yayılıb
Lent.az xəbər verir ki, məlumatda sentyabrın 16-da saat 08:00 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi, 527/21-ci məhəllə, ev 2A, mənzil 8-də yaşamış, "Təfəkkür" Universitetinin prorektoru vəzifəsində işləmiş 1942-ci il təvəllüdlü Əhmədov Tariyel İbrahim oğlunun başının arxa təpə nahiyəsində beyin sümüklərinin qəlpəli sınığı xəsarətləri ilə müşayiət olunan meyitinin Yasamal rayonu, Şərifzadə küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının qarşısındakı idman meydançasında aşkarlandığı bildirilir.
Bakı şəhər prokurorluğu, Yasamal rayon prokurorluğu, Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının, məhkəmə-tibb ekspertinin iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri təxirəsalınmaz istintaq-əməliyyat hərəkətləri aparılıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmaqla, Bakı şəhər prokurorluğunun və şəhər BPİ-nin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.
Hazırda iş üzrə şəhər prokurorluğunda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

569