Cəlilabadda ata qızını qətlə yetirib, 6 qohumunu ağır yaralayıb
Sentyabrın 17-də Cəlilabad rayonunun Alar kəndində qətl hadisəsi törədilib.
Lent.az DİN-in saytına istinadən xəbər verir ki, kənd sakini Qabil Nəsirov həmin kənddə yaşayan qızı Əfsanənin evində olarkən ailə-məişət münaqişəsi zəminində ona, əri Rəhim Nağıyevə, qohumları Qəribəli Əzimova, Gülnar Əzimovaya, Elmira Süleymanovaya, Mahir Nağıyevə və onun oğlu Kənana bıçaqla xəsarət yetirib. Əfsanə aldığı xəsarətdən hadisə yerində ölüb, digərləri isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Nəsirov tutulub.

564