Müdafiə Nazirliyi “Yeni Müsavat”ı məhkəməyə verir
16 sentyabr 2011 14:35 (UTC +04:00)

Müdafiə Nazirliyi “Yeni Müsavat”ı məhkəməyə verir

Bunu APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun «musavat.som» saytının haker hücumlarına məruz qalması ilə bağlı Müdafiə Nazirliyindən şübhələnməsi barədə açıqlamasına münasibət bildirən E. Sabiroğlu bunları deyib: “Əvvəla qeyd edim ki, dünən onunla uzunçəkən söhbətimiz olub və özünün də qeyd etdiyi kimi, söhbət çox gərgin keçib. Hiss edirəm ki, o, hər şeydən şübhələnir və bu da ona ciddi narahatlıqlar gətirir. Hər şeydən şübhələndiyinə görə də, o, həqiqəti çox zaman dəqiq müəyyən edə bilmir və beləliklə də, seçmiş olduğu hədəfi yerli-yersiz öz qəzetində atəşə tutur. İndi də həmin mənasız şübhələrin nəticəsidir ki, saytının dayanmasının günahını Müdafiə Nazirliyində görür. Gülməli vəziyyətdir. Guya işimiz-gücümüz qurtarıb ki, durub saytı dağıdırıq. Biz qanunun aliliyinə üstünlük verərək tamam başqa müstəvidə çıxış etməyi lazım bilirik. Bu da ünvanımıza atılan böhtanların məhkəmə vasitəsilə sübuta yetirilməsini onlardan istəməkdir. Artıq bu günlərdə məhkəmələrdə görüşərək «Yeni Müsavat» qəzetindən dəlil və sübutların ortaya qoyulmasını tələb edəcəyik. Özü də ayrı-ayrı məhkəmələrdə tək-tək məsələlərin çözülməsini istəyəcəyik. Sayt məsələsində də yenə şübhələrdən doğan narahatlıqlar Rauf Arifoğlunu yanlış tərəfə çəkib. Bildirir ki, guya biz ciddi təşviş içərisindəyik. Ona görə də bu cür işlərə əl atırıq. Rauf Arifoğludan xahiş edərdim ki, əlini ürəyinin üstünə qoysun və ürəyini buz kimi saxlasın ki, biz qətiyyən təşviş içində deyilik və «Yeni Müsavat» Müdafiə Nazirliyini təşvişə salacaq gücdə deyil. Əgər onun bütün proqnozları bu cürdürsə mənim artıq başqa sözüm yoxdur. Ona qalsa, mən də şübhələnə bilərəm ki, elə həmin saytı müvəqqəti olaraq özləri dağıdıblar ki, düşdükləri vəziyyəti başqa məcraya yönəltsinlər…”


«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə APA-ya açıqlamasında bir daha vurğulayıb ki, onlar qəzetin internet səhifəsinin Müdafiə Nazirliyi tərəfindən dağıdılmasından şübhələnirlər: “Biz saytın dağıdılmasında onlardan şübhələnirik. Ona görə ki, son vaxtlar bizim saytda və qəzetdə daha çox Müdafiə Nazirliyi ilə bağlı tənqidi yazılar dərc olunub. Həmin yazılarla bağlı Müdafiə Nazirliyindən bizə aqressiv reaksiyalar gəlirdi. Müxbirlərimizin izlənməsi faktları var idi. Şəxsən öz üzərimdə nəzarət hiss edirdim. Dünəndən bəri sayta müxtəlif hücumlar başlayıb. Yeganə istiqamət kimi Müdafiə Nazirliyini görürəm və haqlı da olaraq saytın dağıdılmasında Müdafiə Nazirliyindən şübhələnirəm. Əgər bu şübhələrimlə bağlı Müdafiə Nazirliyi məni məhkəməyə verirsə, sonra dünya ictimaiyyətinə də cavab verər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755

Oxşar yazılar

Bakı metrosunda usta öldü

Bakı metrosunda usta öldü

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10