Beyləqanda iki qonşunu evi tamamilə yanıb
Bu gün Beyləqan rayonunda yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qəhrəmanlı qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kvadrat metr olan 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 100 kvadrat metr olan 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları tamamilə yanıb.
Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
345