“Əfqanıstanda qəzaya uğrayan təyyarənin vurulması ehtimalı sıfra bərabərdir”
“Əfqanıstanda qəzaya uğrayan təyyarədəki 1 qara qutu tapılmayıb, şəxsi heyətin danışıqlarının qeydiyyatını aparan qara qutu isə artıq oxunub”. Lent.azın verdiyi məlumata görə, bunu təyyarənin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri, AZAL-ın vitse-prezidenti İlham Əmirov söyləyib.
İlham Əmirov deyib ki, həmin məlumatlar təhlil edilib: “Biz hesab edirik ki, təyyarənin vurulması ehtimalı sıfra bərabərdir. Təyyarə heyət üzvlərinin danışıqlarının təhlil və Baqram Hava Limanının lokatorunda olan məlumatları təhlil etmişik. Təyyarə marşrutundan kənarda qəzaya uğrayıb. Bu, bizdə şübhə yaradır. Təyyarə niyə enişə gedərkən marşrutdan kənara çıxıb? Bu, Əfqanıstanda texniki komissiya tərəfindən araşdırılır və komissiya rəsmi məlumat açıqlayanda bu barədə məlumat verəcəyik”.
Xatırladaq ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yük qaldırma imkanı 40 ton olan “İl-76” təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.

582