Şakir Musayev: “Cəsədlərdə narkotik və ya alkoqol qalığı aşkarlanmayıb”
Lent.az-ın verdiyi məlumata görə, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev söyləyib. O deyib ki, cəsəd qalıqlarının 4 nəfərə aid olduğu müəyyənləşdirilib. Yaş hüdudlarına, qan qruplarına görə çeşidlənmə aparılıb: “Məlum oldu ki, insanlar qəzaya qədər yaşayıblar və qəza zamanı küt aviasiya partlayışı nəticəsində həyatlarını itiriblər. Xəsarətlər təyyarənin sərt yerə çırpılması, partlayış baş verməsi və xeyli davam edən yanğın nəticəsində yaranıb. Sümüklər kövrəkləşib. İnanmaq mümkün deyil ki, 6 saat yanğından sonra orada cəsəd qalıqları olsun. Belə qalıqlar da aşkarlanmadı”.
O bildirib ki, ekspertiza zamanı cəsədlərdə hər hansı narkotik vasitə, alkoqol qalığı aşkarlanmayıb.
O bildirib ki, ekspertiza zamanı cəsədlərdə hər hansı narkotik vasitə, alkoqol qalığı aşkarlanmayıb.
1079