“Təfəkkür” Universitetinin prorektoru amansızlıqla öldürüldü - YENİLƏNİB
16 sentyabr 2011 12:29 (UTC +04:00)

“Təfəkkür” Universitetinin prorektoru amansızlıqla öldürüldü - YENİLƏNİB

Sentyabrın 16-da Bakıda kişi meyiti tapılıb. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1942-ci il təvəllüdlü Əhmədov Tariyel İbrahim oğlunun üzərində xəsarətlər olan meyiti bu gün səhər saatlarında aşkarlanıb.

Yasamal rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Şərifzadə küçəsi 527/21-ci məhəllədə yaşayan T.Əhmədovun meyiti bu gün saat 08:0 radələrində baş ərazidəki süni örtüklü stadionda tapılıb. Onun başının sol tərəfində və ənsəsində xəsarətlər olub. Hazırda meyit ekspertizaya göndərilib.

T.Əhmədovun qətl və ya bədbəxt hadisə nəticəsində öldüyü hələlik məlum deyil.

Yasamal rayon prokurorunun köməkçisi Fəridə Bəhramovanın Lent.az-a verdiyi məlumata görə, isə hadisənin qətl olduğu dəqiqləşib və faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Hadisə yerində olan polis əməkdaşı isə Lent.az-a bildirib ki, hadisə baş vermiş yerdə maddi sübut götürülüb.

Qeyd edək ki, “Təfəkkür” Universitetinin prorektoru olan T.Əhmədov fəlsəfə elmləri doktoru, professordur.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1072

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15