Bakıda iki oğlan özünü öldürdü
Sentyabrın 14-də Bakıda iki intihar hadisəsi baş verib. Xətai rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Rüstəmov küçəsi 15 ünvanında yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayan 1987-ci il təvəllüdlü Əliyev Kamil Ömər oğlu intihar edib. Ruhi Əsəb Dispanserində qeydiyyatda olan 24 yaşlı oğlan özünü yaşadığı mənzilin pəncərəsindən aşağı atıb və hadisə yerində ölüb.
Digər hadisə isə Nəsimi rayonu ərazisində qeydə alınıb. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ucar rayonunun Alpout kənd sakini, 1981-ci il təvəllüdlü Yusifov Ərzuman Yadigar oğlu özünü Mirzağa Əliyev küçəsindəki söküntü yerində asıb.
Məlumata görə, 30 yaşlı şəxs rayondan Bakıya fəhlə işləməyə gəlib.
Hər iki faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdarma) maddəsi ilə cinayət işi başlanıb.
Nizam RZA

648