27 yaşlı qadın qatarın altında qaldı
15 sentyabr 2011 10:03 (UTC +04:00)

27 yaşlı qadın qatarın altında qaldı

Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, sentyabrın 14-də saat 21:40 radələrində dəmir yolunun Qaradağ stansiyasında Bakı-Balakən qatarına minmək istəyən bir qadın əks istiqamətdə hərəkət edən digər qatarın altında qalıb.

Məlumata görə, Qax rayon sakini, 1984-cü il təvəllüdlü Əhmədova Xatirə İsgəndər qızı doğulduğu rayonun Şotavar kəndinə getmək istəyərkən bədbəxt hadisə ilə üzləşib və ağır xəsarətlər alıb.

Dərhal Klinik Tibbi Mərkəzə gətirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 262.2-ci maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1005

Oxşar yazılar