Türkiyədə azərbaycanlı qadının inanılmaz “polis əməliyyatı” - FOTO
Türkiyədə azərbaycanlı qızı fahişəliyə cəlb edən digər azərbaycanlı qadın həbs edilib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Trabzona dayə işləmək adıyla aparılan Aygül.A adlı Bakı sakini digər həmyerlisi Şəhla.N tərəfindən fahişəliyə məcbur edilib.
Məlumata görə, Trabzonda Şəhla adlı qadının təzyiqi ilə bir neçə nəfərlə məcburi cinsi əlaqəyə girən Aygül bir yol taparaq, Azərbaycana qayıdıb. Bura gələn kimi başına gələnləri ailəsinə danışan qızın anası Şəlalə.A Trabzonun Polis İdarəsi ilə əlaqə saxlayıb. Polis qızın anasının sözləri əsasında əməliyyat keçirib və Şəhla adlı qadın həbs olunub.
Əməliyyat isə xeyli maraqlı alınıb. Belə ki, Şəlalə.A adlı qadın Azərbaycandan telefon vasitəsilə etdiyi ilk şikayətdən sonra qızını fahişəliyə məcbur edən Şəhlanın yaxalanmadığını görüb. Daha effektiv varianta əl atan qadın özü Türkiyəyə gedib və Şəhlanın çalışdığı oteli tapıb. Burada Şəhlanın əxlaqsız hərəkətlər etdiyi yeri müəyyənləşdirən qadın saat 02.00 radələrində polisə zəng vuraraq oteldə olduğunu, Şəhla adlı qadının onu fahişəliyə məcbur etdiyini və xilas olmaq istədiyini deyib. Dərhal göstərilən ünvana gedən polislər Şəhlanı tutublar. Daha iki nəfər isə axtarışa verilib. Həmin şəxslərin milliyəti açıqlanmır.

1012