Günün tarixi
15 sentyabr 2011 08:00 (UTC +04:00)

Günün tarixi

15 sentyabr. İlin sonuna 107 gün qalır.

1514. Osmanlı qoşunu Təbrizi tutub

1821. İspan koloniyaları Qvatemala, Honduras, Kosta-Rika və Salvador müstəqilliklərini elan etdilər

1847. Amerika qoşunu Mexikoya girib

1916. Tarixdə ilk dəfə olaraq ingilis qoşunu almanlara qarşı tanklardan istifadə edib

1917. Rusiyada Müvəqqəti hökumət qurulub

1918. Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusu Bakını daşnak və eserlərdən xilas edib. Şəhərdə asayişin bərpası və qeyri müsəlman əhalinin müdafiəsi üçün tədbirlər görülüb. “Sentrokaspi” diktaturası ləğv edilib. Bu tarix Bakının azad edilməsinin ildönümü kimi qeyd edilir

1918. Bakı Azərbaycanın paytaxtı elan edilib

1924. Bessarabiya separatçıları Rumıniyadan ayrılaraq SSRİ ilə birləşmək üçün üsyan edib

1928. İngilis mikrobioloq Aleksandr Frleming penisillini kəşf edib

1942. Alman qoşunu Stalinqrada hücuma keçib

1946. Bolqarıstan Respublikası elan edilib

1959. Xruşşovun Amerikaya 13 günlük səfəri başlayıb. Bu səfər sovet liderinin maraqlı açıqlamaları ilə yadda qalıb

1982. İsrail qoşunu Qərbi Beyrutu tutub

1995. Bəstəkar Rauf Hacıyev vəfat edib

2004. Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Prezidenti Robert Koçaryan ilə təkbətək görüşü baş tutub

2006. Bəstəkar Vasif Adıgözəlov vəfat edib

2008. Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının təntənəli hərbi andiçmə mərasimi keçirilib

2008. Azərbaycan Respublikası prezidentinin ştandartı təsdiq olunub

2008. Astanada Qazaxıstan-Azərbaycan gənclər forumu keçirilib.

2010. İstanbulda türkdilli ölkələrin dövlət başçılarının 10-cu zirvə toplantısı işə başlayıb. İlham Əliyev də bu tədbirdə iştirak edib.

Günün aforizmi

“Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır”.

Fətəli xan Xoyski
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 427

Oxşar yazılar