Bakıda kütləvi dava: 4 nəfərin qanı töküldü
14 sentyabr 2011 16:08 (UTC +04:00)

Bakıda kütləvi dava: 4 nəfərin qanı töküldü

Bakıda kütləvi dava qeydə alınıb. Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 14-nə keçən gecə, İslam Səfərli küçəsi 11 saylı binanın qarşısından 1984-cü il təvəllüdlü Quliyev Elçin Maarif oğlu sol döş qəfəsinin daxilə nüfuz edən yarası, 1981-ci il təvəllüdlü Cabbarov Elnur Fuad oğlu kürək və bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti, 1979-cu il təvəllüdlü Məmmədov Ağatahir Zakir oğlu isə sol döş qəfəsində küt alətlə yetirilmiş xəsarətlərlə Kliniki Tibbi Mərkəzə gətirilib.


Həmin vaxt İsmayıl bəy Qutqaşınlı küçəsindən isə 1961-ci il təvəllüdlü Zeynalov Məlik Əlibaba oğlu ağır kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya çatdırılıb. İlkin ehtimala görə, hər 4 nəfər iştirak etdiyi kütləvi davada xəsarət alıb. Yaralılardan 27 yaşlı E.Quliyevin xəsarəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilən gənci dindirmək hələlik məlum olmayıb.


Hazırda davada iştirak etmiş və hadisəni törətmiş digər şəxslərin axtarışları davam etdirilir.

Faktla əlaqədar araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar