
Xabarovsk aeroportunda azərbaycanlının “bomba əməliyyatı”
Bu gün Xabarovsk aeroportunda Azərbaycan vətəndaşının çantasında partlayıcı qurğu olması barədə məlumat əldə edən hüquq-mühafizə orqanları beş reysin həyata keçirilməsini dayandırıblar. APA-nın məlumatına görə, insident introskpun monitorunda yoxlama zamanı Moskvaya gedən azərbaycanlının çantasının tutacaq hissəsində partlayıcı qurğuya bənzər əşyanı aşkarladıqdan sonra baş verib. Bu əşyanın nə olduğu sualına cavab olaraq azərbaycanlı bildirib ki, çantasında bomba var. Soydaşımız bombanı ona polis əməkdaşlarının verdiyini deyib və bildirib ki, burada məqsəd aeroportun təhlükəsizlik xidməti əməkdaşlarının sayıqlığını yoxlamaqdır. Dərhal müvafiq qurumlara xəbər verilib, aeroportdakı sərnişinlərin əksəriyyəti evakuasiya olunub. Minaaxtaranlar sərnişinin çantasında patron doldurmaq üçün sünbə və iki kiloqramdan artıq qırma aşkarlayıblar. Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Xırdalandakı yanğında sakinlər təxliyə olunur – HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
3 mart 2025 , 04:38
İsmayıllıda 18 yaşlı gənc evdə ölü tapıldı - FOTO
3 mart 2025 , 02:06
İmişlidə FACİƏ: 4 yaşlı uşaq şoka düşərək öldü
3 mart 2025 , 00:59
İsmayıllıda kirayədə yaşayan tələbənin MEYİTİ TAPILDI
2 mart 2025 , 19:11
Bakıda ağacları kəsdilər - Baş Prokurorluğa MÜRACİƏT
2 mart 2025 , 16:28
İftar üçün xoruz kəsən kişi FACİƏLİ şəkildə öldü
2 mart 2025 , 16:19
Biləsuvarda həmyerlisinə atəş açan şəxs saxlanıldı-YENİLƏNİB
2 mart 2025 , 15:05